PSJ-dən 55 milyon avroluq transfer

19:33 - 14 Avqust 2026

PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Fransa çempionu "Ayaaks"da çıxış edən Mika Qodtsun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

PSJ belçikalı vinger üçün Niderland klubuna 55 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Ayaks" Mika Qodtsu 2021-ci ilin yanvarında "Genk"dən 1 milyon avroya transfer edib. Belçika millisinin üzvü olan 21 yaşlı futbolçu 2025/26 mövsümündə Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti