Bu gün Misli Premyer Liqasında 2026/2027 mövsümünə start veriləcək.
Sportal.az xəbər verir ki, birinci turun ilk oyunu Tovuzda keçiriləcək.
"Turan Tovuz" "Qəbələ"ni sınağa çəkəcək.
Turun digər oyunları 15, 16 və 17 avqustda baş tutacaq.
Misli Premyer Liqası
I tur
19:30. "Turan Tovuz"- "Qəbələ" 1:0 (Birinci hissə)
Qol: Enrike Silva, 35
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu.
