Avropa Liqası: Əliyev oynadı, komandası pley-offa vəsiqə qazandı - VİDEO

09:18 - 14 Avqust 2026

Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Avropa Liqasında təsnifat mərhələsində pley-offa vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, onun komandası 3-cü təsnifat mərhələsində “Şemrok Rovers”i üstələyib.

İlk görüşdə səfərdə rəqibinə 1:3 uduzan albanlar, evdə rəqibinə 5:1 qalib gəlib.

Zamiq meydana 46-cı dəqiqədə çıxıb. Qeyd edək ki, "Eqnatiya" pley-offda "Lillestrom"la qarşılaşacaq.

Xəbər xətti