Azərbaycanlı vinger Murad Məmmədovun çıxış etdiyi Kiprin “Pafos” klubu Avstriyanın “Red Bull” klubuna qarşı Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda 3:3 hesablı heç-heçə edib. İlk görüşdə “Pafos” 0:1 hesabı ilə uduzmuşdu.
Sportal.az xəbər verir ki, Limassolda keçirilən qarşılaşmada Məmmədov 82-ci dəqiqədə meydana çıxıb. Cəmi iki dəqiqə sonra, 84-cü dəqiqədə, komandasının üçüncü qolunu vuraraq “Pafos”un heyətində ilk qolunu rəsmiləşdirib.
Bununla belə, “Pafos” iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə məğlub olub və Avropa Liqası ilə vidalaşıb.
Kipr klubu avrokuboklarda mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.
saytlarin hazirlanmasi
