"Neftçi" amerikalı oyunçu ilə gücləndi

13:16 - 15 Avqust 2026

“Neftçi” basketbol komandası heyətinə yeni oyunçu qatıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ABŞ-dən olan müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı basketbolçu anlaşmanın müddəti bir ildir.

Cerod Robinson ABŞ-nin tələbə liqasında (NCAA Division II) təmsil olunan “Shepherd University Rams” komandasının heyətində çıxış edib.

Xəbər xətti