"Fənərbaxça"dan Braziliya klubuna - RƏSMİ

10:05 - 15 Avqust 2026

"Fənərbaxça"nın yarımmüdafiəçisi Fred karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı oyunçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu Fredin satışından 2 milyon avro qazanıb. 33 yaşlı futbolçu Mineyro təmsilçisi ilə 2029-cu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən 9,7 milyon avroya transfer edib. Təcrübəli yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 126 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalacaq.

Xəbər xətti