İmad Faraj "Neftçi" ilə vidalaşdı

16:21 - 15 Avqust 2026

"Neftçi"dən ayrılan İmad Faraj paytaxt təmsilçisi ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, klubun sosial şəbəkə hesablarında fransalı vingerin müraciəti paylaşılıb. 27 yaşlı futbolçu klubda çalışan hər kəsə təşəkkürünü bildirib:

“Bu gün karyeramın mühüm bir səhifəsi başa çatır.

Klub rəhbərliyinə, komanda yoldaşlarıma, məşqçilərimə, inzibati heyətə və hər gün bu klub üçün çalışan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Burada heç vaxt unutmayacağım anlar yaşadım və hər zaman mənim üçün önəmli olacaq insanlarla tanış oldum.

Azarkeşlərimizə böyük dəstəyə, həm yaxşı, həm də çətin anlarda bizə verdikləri gücə görə xüsusi təşəkkür edirəm. Bu formanı hər dəfə geyinəndə əlimdən gələni etməyə, bütün gücümü meydana qoymağa çalışdım.

Bu gün karyeramda yeni səhifə açmaq üçün klubdan ayrılıram. Lakin “Neftçi”yə hər zaman böyük hörmət və sevgi bəsləyəcəyəm. Bu klub və burada tanıdığım insanlar həmişə mənim həyat hekayəmin bir parçası olaraq qalacaq.
Kluba, komanda yoldaşlarıma və bütün azarkeşlərimizə gələcəkdə yalnız uğurlar arzulayıram.

Hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, İmad Faraj 2025-ci ilin yayından "Neftçi"də çıxış edirdi. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 7 qol və 6 məhsuldar ötürmə ilə yaddan qalıb. Təcrübəli oyunçu Tunisin “Esperans” klubuna transfer olunub.

Xəbər xətti