"Barselona"nın müdafiəçisi Ektor Fort karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Borussiya" ispaniyalı futbolçunun keçidini həll edib. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. 20 yaşlı sağ cinah müdafiəçisi yaxın günlərdə Dortmund klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Hektor Fort 2025/26 mövsümündə icarə əsasında "Elçe"də çıxış edib. İspaniya U-20 millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
