"Napoli"nin yarımmüdafiəçisi ürəyindən əməliyyat olundu

18:10 - 8 Sentyabr 2026

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyalı futbolçunun Mançesterdə baş tutan əməliyyatı uğurlu keçib. 29 yaşlı oyunçu təxminən 2 həftə sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30,5 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 2 rəəsmi matçda meydana çıxıb.

Xəbər xətti