Flik və Mourinyonu qabaqladı

20:59 - 8 Sentyabr 2026

İspaniya La Liqasında avqustun ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Alaves"i çalışdıran Kike Sançes Flores ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

61 yaşlı mütəxəssis mükafat uğrunda mübarizədə "Barselona"dan Hans-Diter Flik və "Real"dan Joze Mourinyonu geridə qoyub.

Qeyd edək ki, "Alaves" avqustda ölkə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.


Xəbər xətti