"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Viktor Stina UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün 9-17 noyabr aralığında yığmanın düşərgəsində olacaq.
Moldova yığması noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.
UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.

