Belarusun "Dnepr" klubunun oyunçusu Müzəffər Qurbanov Azərbaycanın U-21 yığmasına dəvət edilib.
Sportal.az xəbər verir ki, bu barədə Mogilev klubunun mətbuat xidməti məlumat yayıb.
Həmyerlimiz U-21 yığmasının noyabrın 9-dan 17-dək Bakıda baş tutacaq toplanışında iştirak edəcək.
Komandamız hazırlıq çərçivəsində Omanın U-23 kollektivi ilə yoldaşlıq matçlarında qüvvəsini sınayacaq.
Xatırladaq ki, 2024-cü ildən “Dnepr”də oynayan Müzəffər Qurbanov bu mövsüm 5 görüşdə forma geyinib.
saytlarin hazirlanmasi
