"Arsenal" və "Bavariya" transferdə rəqib oldular

17:18 - 5 Noyabr 2026

"Atletiko"da çıxış edən Aleks Baena Avropanın böyük klublarının transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, "Arsenal" və "Bavariya" ispaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

La Liqa nəhəngi Baenanı yalnız bir halda sata bilər. Onlar 25 yaşlı vingerin satışından 80 milyon avro gəlir əldə etməyi planlaşdırırlar.

Qeyd edək ki, "Atletiko" Aleks Baenanı 2025-ci ilin yayında "Vilyareal"dan 42 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti