Kapitan daha 4 il "Barselona"da - RƏSMİ

16:35 - 5 Noyabr 2026

İspaniyanın "Barselona" klubu Rafinyanın klubdakı gələcəyini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi 29 yaşlı hücumçunun müqaviləsinin müddətini artırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliya milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Barselona" Rafinyanı 2022-ci ilin yayında "Lids Yunayted"dən 58 milyon avroya transfer edib. Kapita cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti