"Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir

18:59 - 5 Noyabr 2026

"Barselona" yanvarda müdafiəçi Alexandro Baldeni satmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı futbolçunun yerinə "Mançester Siti"də çıxış edən Rayan Ait-Nurini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İngiltərəli klubu əlcərairli futbolçusu satmağa hazırdır. Premyer Liqa təmsilçisi Ait-Nuri üçün 30 milyon avro tələb edir. 25 yaşlı sol cinah müdafiəçisi ilə "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, "Mançester Siti" Rayan Ait-Nurini 2025-ci ilin yayında "Vulverhempton"dan 36 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü cari mövsümdə "şəhərlilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti