"Milan"dan Avropa Liqasında 4 oyunda 3 məğlubiyyət

00:26 - 6 Noyabr 2026

“Milan” bu mövsüm Avropa Liqasının Liqa mərhələsində keçirdiyi oyunların yalnız 25 faizində qalib gəlib.

Sportal.az xəbər verir ki, Ruben Amorimin rəhbərlik etdiyi komanda bu gün doğma meydanda “Ferentsvaroş”a 0:2 hesabı ilə məğlub olub.

Bundan əvvəl “rossoneri” evdə “Benfika”ya (0:2), səfərdə isə “Bornmut”a (0:3) uduzub. Komandanın yeganə qələbəsi səfərdə “Zalsburq” üzərində (4:0) qeydə alınıb.

Hazırda “Milan” Avropa Liqasının turnir cədvəlində pley-off zonasından kənarda, 26-cı pillədə qərarlaşıb. Oyun gününün sonunda komandanın daha aşağı pillələrə enmək ehtimalı da var.

Xəbər xətti