"Qəbələ"nin müdafiəçisi İsaak Amoah Sportal.az saytına müsahibə verib.
- “Qəbələ” ötən həftə “Qarabağ"la qarşılaşdı və bir xal əldə etdi. Matç sizin üçün necə keçdi?
- Güclü rəqibə qarşı çox gərgin mübarizəli bir oyun oldu. Biz xarakter nümayiş etdirdik. Nizamlı oynadıq və vacib bir xal qazanmaq üçün sona qədər mübarizə apardıq.
- "Qarabağ"a uduzmamaq sizə motivasiya verir? Əvvəlki illərdə "Qarabağ"a qarşı oynamaq daha çətin idi?
- Əlbəttə, "Qarabağ" kimi komandaya qarşı matçda müsbət nəticə əldə etmək bizə inam verir. Hər mövsüm və hər oyun fərqlidir, lakin biz öz potensialımıza inanırıq. Həmişə ən yüksək səviyyədə mübarizə aparmağa və hər oyundan maksimum nəticə çıxarmağa çalışırıq.
- "Qəbələ" hazırda 10-cu pillədə qərarlaşıb. Bu nəticədən və turnir cədvəlindəki mövqeyinizdən razısınız?
- Xeyr, hazırkı mövqeyimizdən razı qala biləcəyimizi düşünmürəm. Biz özümüzdən daha çoxunu gözləyirik. Məqsədimiz daha çox xal toplamaq və turnir cədvəlində daha yuxarı pillələrə qalxmaqdır.
- Komandaya yeni baş məşqçi gəlib. Nələr, dəyişib, artıq onun oyun üslubuna uyğunlaşa bilmisiniz?
- Yeni baş məşqçi öz ideyalarını və yanaşmasını gətirib. Onun fəlsəfəsini anlamaq və oyun üslubuna uyğunlaşmaq üçün çox çalışırıq. Bu, davamlı prosesdir və komanda olaraq irəliləyiş əldə edirik.
- Növbəti turda rəqibiniz çempionatın iddialı komandalarından biri olan "Zirə"dir. Onlara qalib gəlmək mümkün olacaq?
- "Zirə" güclü rəqibdir. Amma biz liqadakı bütün komandalara hörmətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik və üç xal uğrunda mübarizə aparacağıq. İnanıram ki, müsbət nəticə əldə etmək üçün lazımi potensiala sahibik.
Mirbağırağa
