Paris klubu yeni futbolçusu ilə müqavilə imzaladı
	 
	Transferə sürətli başlayan PSJ daha bir futbolçunu heyətinə qatıb. 
	 
	Sportal.az xəbər verir ki, "Napoli"nin ulduz hücumçusu Edinson Kavani ilə rəsmi müqavilə imzalayan Paris təmsilçisi "Lill"in müdafiəçisi Luka Dinini də transfer edib.
	 
	Fransa mətbuatının yazdığına görə, 19 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayan PSJ bunun üçün "Lill" klubuna 15 milyon avro ödəyib. 
                      
saytlarin hazirlanmasi