Futbolçu 37 milyon avroya transfer oldu
	 
	“Real”ın hücumçusu Qonzalo İquain özünə yeni klub tapıb. 
	 
	Sportal.az  xəbər verir ki, “Napoli” İquaini 37 milyon avroya transfer edib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. O,  italyan klubundan  illik 6 milyon avro maaş alacaq. Artıq hər iki tərəf arasında transferlə bağlı bütün məsələlərə aydınlıq gəlib. Beləliklə, İquain “Real”dan “Napoli”yə gedən 3-cü futbolçu olub. Buna qədər italyanlar Kalexon və Raul Albiolu heyətlərinə qata biliblər.
                      
saytlarin hazirlanmasi