Futbolçu Con Toşakın istəyi ilə komandadan göndərildi
"Xəzər Lənkəran" futbolçusu Elnur Allahverdiyev baş məşqçisi Con Toşakın istəyi ilə komandadan göndərilib.
Bu barədə rəsmi məlumatı komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az saytına verdiyi açıqlamada da təsdiqləyib:
"Elnur Allahverdiyevlə komanda arasındakı müqavilə ləğv olunub. Elnura azad agent statusu verilib. Demək olar ki, bütün işlər yekunlaşıb. Çox kiçik detallar qalıb ki, bu da gün ərzində öz həllini tapacaq."
saytlarin hazirlanmasi