Bir sıra islahatlar nəzərdə tutulur
Gələcəkdə Fransa Liqa 1-də köklü dəyişikliklər ola bilər
Sportal.az xəbər verir ki, “L`Equipe”nin yazdığına görə, çempionatda iştirak edən komandaların sayının 20-dən 18-ə qədər azaldılması müzakirə olunur. Ölkədə iqtisadi böhran televiziya hüqüqlarından əldə olunan gəlirin azalmasına gətirib çıxarıb. Bu səbəbdən Fransa PFL-i (Peşəkar Futbol Liqası) bir sıra islahatlar keçirməyi qərar alıb. Onlardan ən başlıcası Liqa 1 və 2-də çıxış edən komandaların sayının azaldılmasıdır. Bundan əlavə yüksək liqaya 3 yox, iki komanda yüksələ bilər. Həmçinin Avropa Liqasında çıxış edən klubların da mükafatlandırılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Fransa çempionatında turnir cədvəlinə 7 turdan sonra “Monako” 17 xalla başçılıq edir.
saytlarin hazirlanmasi