Seçkidə 9 mindən çox iştirakçı olub
Əziz Yıldırım yenidən "Fənərbaxça" klubunun prezidenti seçilib.
Sportal.az xəbər verir ki, o, bu gün keçirilən seçkilərdə 6821 səs yığıb.
Əziz Yıldırımın yeganə rəqibi Türkiyə Futbol Federasiyasının keçmiş prezidenti Mehmet Ali Aydınlar olub. O, isə səslərin 2383-ünü yığıb.
Qeyd edək ki, bu gün keçirilən seçkilərdə klub tarixində ilk dəfə olaraq 9380 nəfər səsvermədə iştirak edib.
Xatırladaq ki, Əziz Yıldırım 1998-ci ildən "Fənərbaxça" klubunun prezidentidir.
saytlarin hazirlanmasi