Fərhad Vəliyevin quru seriyası 592 dəqiqə sürdü

13:02 - 4 Noyabr 2013

68 dəqiqəsi çatmadı
 
Qarabağ”ın qapıçısı Fərhad Vəliyevin quru seriyası qırılıb. 
 
Sportal.az xəbər verir ki, ardıcıl 5 matçdır qol buraxmayan qolkiper Azərbaycan Premyer Liqasının XII turunun “Qəbələ” ilə görüşündə 3 qol buraxıb. 
 
Vəliyevin seriyasını 72-ci dəqiqədə Lorenso Ebesilio qırıb. Sonuncu dəfə VI turun “Rəvan”la səfər oyununda qol buraxan qapıçını həmin qarşılaşmanın 20-ci dəqiqəsində Sebastyan Kastro-Tello məyus etmişdi. 
 
Fərhadın quru seriyası 592 dəqiqə sürüb və qapıçı mövsümün rekorduna imza atıb.
 
Dünyanın ən uzun quru seriyalarının yer aldığı IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) siyahısına düşmək üçün Vəliyevin 68 dəqiqəsi çatmadı. 
 
Belə ki, daha 1 saat 8 dəqiqə qapısını toxunulmaz saxlayacağı halda o, 660 dəqiqə səddini fəth edənlərin sırasına qoşulacaqdı.

Xəbər xətti