Çempionatda ən az qol buraxan qapıçı:"Özümü ən yaxşı tərəfdən göstərəcəm"

20:42 - 5 Noyabr 2013

" Hər zaman ölkənin əsas komandasının formasını geyinməkdən məmnun olmuşam"
 
 Azərbaycan yığma komandasının Noyabr ayında Estoniya və Qırğızıstan millilərinə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alacaq futbolçuların siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, iki ildən sonra milliyə çağırılan “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev bu dəvət barədə klub saytına danışıb:

“Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudur. Hər zaman ölkənin əsas komandasının formasını geyinməkdən məmnun olmuşam. 2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardır. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər korpusunun diqqətindən qaçmayıb. Çalışacağam, millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim”.

Qeyd edək ki “Qarabağ”da əsas qolkiper olan və çempionatda ən az qol buraxan Vəliyev sonuncu tura qədər qapısını 592 dəqiqə toxunulmaz saxlaya bilib.
 

Xəbər xətti