"Xəzər Lənkəran"ın məşqində nələr oldu? FOTOLAR

21:26 - 7 Noyabr 2013

Toşak üç futbolçuya ehtiyac duydu
 
 
Üç gündür doğma şəhərdəki bazasında çalışmalarını sürdürən “Xəzər Lənkəran” bu gün növbəti məşqinə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ehtiyat meydançada baş tutan hazırlığa əvəzedici heyətdən də 3 futbolçu cəlb olunub.
 
Zədəli futbolçular Rasim Ramaldanov və Zoahir Benouahi fərdi məşqlə kifayətlənərkən, Junior Nildo ilə Vanderson Skarduelli komandayla birgə hazırlıqda iştirak ediblər. “Ağ-yaşıllar” Con Toşakın rəhbərliyi altında əsasən taktiki planda müxtəlif çalışmaları yerinə yetirib.
 
Məşqdən çəkilən fotoları təqdim edirik
 

Xəbər xətti