"Əvvəlki formamı bərpa edirəm"
"Barselona"nın forvardı Lionel Messi Çempionlar Liqasında "Milan" ilə oyundan sonra şərh verib.
Sportal.az xəbər verir ki, argentinalı forvard köhnə formasına döndüyünü bildirir.
"Məncə, ilk dəqiqələrdən yaxşı oynadıq. Fasilədən əvvəl qol buraxmağımız bir qədər işimizi qəlizləşdirdi. Lakin bundan sonra tam olaraq oyunu əla aldıq.
Özümü artıq yaxşı hiss edirəm. Əvvəlki formam bərpa olunur. 90 dəqiqə oynadıqda fiziki vəziyyətim də yaxşılaşır", - forvard UEFA-nın rəsmi saytına bildirib.
saytlarin hazirlanmasi