Bu təkliflə Yozef Blatter çıxış edib
"İranlı qadınlara futbol oyunlarına getməyə icazə verilməlidir."
Sportal.az xəbər verir ki, bu təkliflə FİFA prezidenti Yozef Blatter çıxış edib. Blatter Tehrana rəsmi səfəri zamanı bu məsələni İranın vitse-prezidenti və parlament sədri ilə müzakirə edib.
Qeyd edək ki, İran qanunlarına görə, qadınlara kişi komandalarının oyunları zamanı stadiona getmək qadağan edilib. Hökumət və dini liderlər hesab edirlər ki, tribunalarda hər iki cinsin nümayəndələrinin olması onların mənəviyyatına ziyan vurar.
saytlarin hazirlanmasi