Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqada oktyabr ayının ən yaxşı qolunun müəllifi seçilmiş Rauf Əliyev mükafatlandırma mərasimində deyib.
Millimizin üzvü komanda yoldaşı Əfran İsmayılovla tandemindən danışıb, "Bakı"nın qeyri-stabil çıxış etməsinə münasibət bildirib: "Mən və Əfran 11 yaşımızdan bir yerdə oynayırıq. Əvvəl “Qarabağ”da, indi “Bakı”da, həm də milli komandada. Futbolçuların bir-birini tam başa düşməsi üçün vaxt lazımdır”.