Pantiç də futbolçularla birlikdə məşq edib
"Bakı" Premyer Liqanın 13-cü turu çərçivəsində "Bakcell Arena"da "Neftçi" ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "zolaqlılar" bu oyun öncəsi son məşqini keçib.
Hazırlıq adəti üzrə isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular ikili qruplara bölünərək əl və ayaqla icra edilən ötürmələr üzərində çalışıb. Soyuq və küləkli havada davam edən məşqin yarımsaatlıq digər bölümü isə “kvadrat”a sərf edilib. Üstəlik, baş məşqçi Milinko Pantiç 8 nəfərlik qrupun birinə qoşularaq yetirmələrinə öz bacarığını göstərib.
Daha çox yüngül təmrinlər üzərində çalışan komanda üzvləri növbəti tapşırıq kimi düzülmüş maneələr üzrə qısa məsafələrə qaçıblar. Bundan sonra 25 dəqiqə sürən ikitərəfli oyun keçirilib ki, nəticədə “sarı”lar və “göylər”in duelində birincilər 4:2 hesablı qələbə qazanıb. Sonda isə Pantiçin də iştirak etdiyi birbaşa zərbələr və cinah asmaları icra olunub.
saytlarin hazirlanmasi