Türkiyə Superliqası:"Trabzonspor" qol duellosunda məğlub oldu

01:21 - 11 Noyabr 2013

"Konyaspor" uzun müddətdən sonra qələbə üzü gördü
 
Türkiyə Superliqasında XI tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
"Konyaspor" öz meydanında "Antalyaspor"u məğlub edib - 2:0.

"Trabzonspor" səfərdə "Gənclərbirliyi" ilə bacarmayıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Turun mərkəzi oyunu İstanbulda baş tutub. Burada əzəli rəqiblər - "Fənərbaxça" və "Qalatasaray" üz-üzə gəlib. Görüş meydan sahibi qismində çıxış edən "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
 
 
10 noyabr
 
"Konyaspor" - "Antalyaspor"  2:0
Qollar:
 Kabze, 19, Calma, 46 
 
"Gənclərbirliyi" - "Trabzonspor"  3:2
Qollar:
 Stanku, 45 , Yılmaz, 67, Durmaz, 80 - Enrike,1, Kolman,34

"Fənərbaxça" - "Qalatasaray"  2:0
Qollar:
 Əmrə, 23-pen., Baroni, 66

 

Xəbər xətti