Fatih Terimdən məcburi addım
Dünən Türkiyə Super Liqasında oynanılan "Fənərbaxça" - "Qalatasaray" (2-0) derbisi hesab və xal baxımından ev sahibi komandanın xeyrinə yekunlaşsa da, "Fənər" əsas qapıçısını itirib.
Sportal.az xəbər verir ki, elə matç boyunca ağrılarının olduğu görünən Volkanın, oyundan sonra keçdiyi tibbi müayinə zamanı bir müddət meydana çıxmayacağı məlum olub. Türkiyə milli komandasının da qapısını qoruyan Dəmirəl, bu olaydan sonra millidən uzaqlaşdırılıb. Onun yerinə “Trabzonspor”un qapıçısı Zeki Ayvaz dəvət edilib.
saytlarin hazirlanmasi