Nigeriyalı 41-ci qolunu vurdu
Azərbaycan Premyer liqasının 13-cü turunun “Qarabağ”la oyununda hesabı açan AZAL klubunun futbolçusu Viktor İqbekoyi çempionatda 41-ci qolunu vurub.
Sportal.az xəbər verir ki, bununla da nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri siyahısında 4-cü pilləyə şərik olub. İndi İqbekoyi milliləşən braziliyalı Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi Branimir Subaşiçə də çatacaq.
Ümumiyyətlə isə milliləşənlər də daxil olmaqla cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İqbekoyi karyerasını hələ də çempionatda davam etdirir.
Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İqbekoyi hal-hazırkı klubunun Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudur. Bu göstəricidə, o, yalnız Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində 9 futbolçu 10 və daha çox qola imza atıb.
saytlarin hazirlanmasi