"Neftçi"nin qapıçısının cəzası məlum oldu, "Bakı" da cərimələndi

14:04 - 12 Noyabr 2013

Cəmi üç klub cəzalandırıldı
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, İK Premyer Liqanın XIII turunda baş verən hadisələrlə qərarlar çıxarıb.
 
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIII turunun AZAL – “Qarabağ” matçında AZAL klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
10 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyununun 27-ci dəqiqəsində “Neftçi” klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 1-ci və 31-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri, 16-cı və 59-cu dəqiqələrdə isə “Bakı” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 2000 manat cərimə olunur.
08 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun AZAL – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
09 noyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun “Neftçi” – “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 23 №-li futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.

Xəbər xətti