Sportal.az xəbər verir ki, Yunanıstan mətbuatı braziliyalı futbolçunun yenidən "Atromitos" klubuna qayıtmaq istədiyini yazıb.
"Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl xəbəri təkzib edib: "Bu xəbərlə mən də tanışam. Bunlar həqiqəti əks etdirmir. Çumbinyo bizə heç bir müraciət etməyib. Ancaq onun "Qarabağ"dan məmnun qaldığını deyə bilərəm".
"Qarabağ"ın digər yarımmüdafiəçisi Muarem Muarem mətbuata açıqlamasında qışda "Qarabağ"ı tərk edəcəyini bildirib. Əmrah Çəlikəl bu məsələyə də aydınlıq gətirib:
"Biz heç kimi güclə "Qarabağ"da saxlayası deyilik. Muarrem bu barədə hansısa qəzetə və ya sayta məlumat verməkdənsə, klub rəhbərliyinə, baş məşqçiyə müraciət etməli idi. Futbolçunun bizimlə hələ bir illik müqaviləsi var. Ancaq getmək istəyən heç kimi saxlamaq fikrimiz yoxdur".