"Fənərbaxça"lı futbolçu "Qalatasaray"lı azarkeşlərdən üzr istədi

01:18 - 13 Noyabr 2013

"Yenə də yanlış anlaşılmaya səbəb oldumsa, üzr istəyirəm"
 
“Fənərbaxça” klubunun futbolçusu Kristian Baroni  “Qalatasaray”la baş tutan görüşdən yaşanan forma qalmaqalı ilə bağlı açıqlama verib.
 
Sportal.az xəbər verir ki, futbolçu etdiyi hərəkətin yanlış anlaşıldığını bildirib.
 
“Görüşün sonunda rəqib komandanın formasını belimə asdığım üçün yenə haqsız tənqidlərə məruz qalıram. Oyun qurtaran zaman Melo məni təbrik etdi. Mən də onu təsəlli etdim. Sonrasında da formamızı dəyişdirdik. “Qalatasaray” formasını şortuma saldığım üçün ağır tənqidlər edildiyimi öyrəndim.
 
Bu tənqidləri edənlər bilsinlər ki, dünyanın hər ölkəsində, hər liqasında matçlardan sonra forma dəyişdirən futbolçular aldıqları formaları bellərinə asırlar. Çünki hər kəsin bildiyi kimi şortun cibi yoxdur. Bu hərəkət əsla rəqib komandaya bir hörmətsizlik olaraq başa düşülməməlidir. Yenə də yanlış anlaşılmaya səbəb oldumsa, üzr istəyirəm”.
 
Qeyd edək ki, derbi matçından sonra  braziliyalı futbolçunun "Qalatasaray"ın formasını şortunun içinə salması "Cim Bom" azarkeşlərinin ciddi etirazına səbəb olmuşdu.

Xəbər xətti