"Çox istərdim, "Qarabağ"a ilin son oyunlarında kömək edim"

01:41 - 13 Noyabr 2013

Rəşad Sadıqov:"Beş həftə futbol oynaya bilmərəm"
 
Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov zədəsi ilə bağlı fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki,  o, bunları söyləyib:
 
"Həkimlərin son rəyinə görə, beş həftə futbol oynaya bilmərəm. Bu, ilin sonuna qədər futbolsuz qalacağım anlamına gəlir. Amma çox istərdim ki, tez bir zamanda sıraya dönüm və "Qarabağ"a bu ilin son oyunlarında kömək edə bilim".
 
azerisport.az

Xəbər xətti