"Şüarları görəndə çox təəccübləndim"
Türkiyə Milli Yığmasının Texniki Direktoru Fatih Terim “Fənərbaxça”-“Qalatasaray” derbisindəki "İmperator Fatih Terim" şüarlarından təəccübləndiyini söylədi. Terim: "Bu hər kəs üçün dəyişik və maraqlı bir şeydir", - dedi.
Sportal.az xəbər verir ki, Türkiyə Milli Yığmasının heyətinə Səlcuq İnanın çağırılmadığına aydınlıq gətirən Terim: " Səlcuq bir neçə gündür istirahət edir. Başqa bir səbəb yoxdur. Onsuz da mən gəldiyim gündən etibarən Səlcuq həmişə oynayır'', - dedi.
Derbi matçda “Fənərbaxça” tərəfdarlarının onun özü ilə bağlı nümayiş etdirdikləri şüara da toxunan Terim: "Şüarları görəndə çox təəccübləndim həqiqətən. Mən artıq ölkənin hər tərəfində hər kəs üçün ayrı bir yerə düşdüyümü düşünürəm", - söylədi.
saytlarin hazirlanmasi