Fatih Terim Türkiyə millisinə 9 yeni futbolçu çağırdı

15:08 - 14 Noyabr 2013

Türkiyə yığması sabah Adanada Şimali İrlandiya ilə qarşılaşacaq
 
Türkiyə millisinin Şimali İrlandiya və Belarusla keçirəcəyi hazırlıq matçına doqquz yeni futbolçu çağırılıb.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Fatih Terimin milliyə cəlb etdiyi həmin futbolçular "Rizespor"dan Koray Altınay, "Eskişehirspor"dan Tarık Çamdal və Aytaç Kara, "Fənərbağça"dan Salih Uçan, "Gənclərbirliyi"ndən Uğur Çiftçi, "Karabükspor"dan İshak Doğan, "Kasımpaşa"dan Adem Büyük, "Sivasspor"dan Aydın Karabulut və "Trabzonspor"dan Zeki Ayrazdır.
 
Qeyd edək ki, Türkiyə yığması sabah Adanada Şimali İrlandiya ilə qarşılaşacaq. Terimin komandası noyabrın 19-u isə Mersində Belarusla üz-üzə gələcək.

Xəbər xətti