"Rəvan" hazırlıqlarını davam etdirir
Premyer Liqanın XIII turunda "Sumqayıt” ilə qarşılaşan “Rəvan”da 4 günlük istirahət başa çatıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən "aslanlar” Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da çalışır.
Gündə 2 dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir.
Məşqlərdə 2 zədəli futbolçu – Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun "Qarabağ”la oyuna qədər sıraya dönəcəyi bildirilir.
Qeyd edək ki, “Rəvan” XIV turda “Qarabağ”ın qonağı olacaq.
saytlarin hazirlanmasi