"Bakı"nın legioner futbolçusu ölkəsində ilin oyunçusu seçildi

14:04 - 15 Noyabr 2013

Kalonas Litvada ilin ən yaxşısı oldu
 
"Bakı” klubunun hücumçusu Mindauqas Kalonas Litvada ilin ən yaxşı futbolçusu sayılıb.
 
Sportal.az xəbər verir ki, Litva Futbol Federasiyasının (LFF) azarkeşlər, jurnalistlər, məşqçilər, federasiya nümayəndələri arasında keçirilmiş sorğuda 29 yaşlı forvard
Türkiyə “Qaziantepspor”unun qapıçısı Jidrunas Karçemarskasın 2 illik hegemonluğuna son qoyub.
 
Üst-üstə 1912 bal yığan Kalonas ən yaxın izləyicisi, İngiltərə “Lids”inin mərkəz müdafiəçisi Marius Jalyukası 403 bal geridə qoyub. Karçemarskas isə bu dəfə 1184 xalla 3-cü olub.
 
Qeyd edək ki, Mindauqas Kalonas Azərbaycanda bu ilin yanvarından çıxış etməyə başlayıb. O, əvvəlcə “Rəvan”la müqavilə bağlayıb və Topaz Premyer Liqasında 13 oyuna 8 qol vurub. 2013-2014-cü il mövsümündən isə o, “Bakı”nın şərəfini qoruyur. Hazırda Kalonas 13 oyundan 5 qolla bombardirlər siyahısında 2 – 7-ci yerləri bölüşür.
 
Mənbə: Lent.az

Xəbər xətti