Futbolçu iki klubun diqqət mərkəzindədir
Bildiyiniz kimi, dünən mətbuata açıqlama verən “Dənizlispor”un baş məşqçisi Yusuf Şimşək azərbaycanlı futbolçuları Arif İsayevlə yollarını ayıracaqlarını demişdi. Gənc mütəxəssisin bu qərarı qəbul etməsi səbəbsiz deyil. Belə ki, Arif hazırda qasıq nahiyəsindən zədəlidir və uzun müddət komandasına kömək edə bilməyəcək. Yaxın günlərdə cərrahiyyə əməliyyatına məruz qalacaq yarımmüdafiəçimiz ən yaxşı halda mövsümün son matçlarına yetişə bilər. Bu da Türkiyə klubunu qane etmir. Çox güman ki, qış fasiləsində klub onunla müqaviləyə xitam veriləcək. İsayev isə karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü artıq iki klubdan təklif alıb. Bunlar “Sumqayıt” və “Simurq”dur. Hazırkı durumda “Sumqayıt” bu keçidə daha yaxın görünür.
forvard.az
saytlarin hazirlanmasi