Ruminiya məğlub oldu
Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.
Sportal.az xəbər verir ki,dünən daha dörd qarşılaşma baş tutub.
Avropa zonasında baş tutacaq görüşlərə maraq böyük idi. Burada İslandiya öz meydanında Xorvatiyanı qəbul edib və bu oyunda hesab açılmayıb - 0:0.
Yunanıstan doğma divarlar arasında Rumıniyanı sınağa çəkib və 3:1 hesabı ilə qələbə qazanıb. Fransa millisi səfərdə Ukrayna ilə qarşılaşıb. Fasilədən sonra iki qol vuran Ukrayna millisi inamlı qələbə qazanıb - 2:0.
Günün ən maraqlı oyunlarınan biri Portuqaliyada baş tutub. Burada yerli komanda İsveçlə üz-üzə gəlib. Matçda azarkeşlər cəmi bir qol izləyiblər. Kriştiano Ronaldonun matçın 82-ci dəqiqəsində vurduğu qol portuqallara qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, komandalar arasında cavab görüşləri noyabrın 19-da baş tutacaq. Afrika zonasında pley-off-un cavab oyunları isə 16-19 noyabr tarixində keçiriləcək.
15 noyabr
Pley-off oyunları
23:00. İslandiya - Xorvatiya - 0:0
23:45. Yunanıstan - Rumıniya 3:1
Qollar: Mitroqlu, 14,67, Salpinqidis, 21 - Stanku,19
23:45. Ukrayna - Fransa 2:0
Qollar: Zozulya, 61, Yarmolenko, 82-pen
23:45. Portuqaliya - İsveç 1:0
Qol: Ronaldo, 82
saytlarin hazirlanmasi