Azarkeşlər "Araz-Naxçıvan"a surpriz hazırlayıblar

00:32 - 17 Noyabr 2013

Naxçıvan təmsilçisi paytaxta təşrif buyurub
 
"Araz-Naxçıvan" sabah MOİK-lə keçirəcəyi matç səbəbindən bu gün səhər saatlarında paytaxtımıza təşrif buyurub. Saat 14:00-da məşqə çıxan Əsgər Abdullayevin yetirmələri paytaxtın məhşur "Deluxe" otelində məskunlaşıblar.
 
Sportal.az xəbər verir axşam saatlarında "Araz-Naxçıvan" oteldə sürprizlə qarşılaşıblar. Komandanı Bakıda dəstəkləyən və yeni fəaliyyətə başlayan "Nəqşicahan" AAK-nın 30-dan çox üzvü "Deluxe" otelinə təşrif buyuraraq məşqçilər korpusu və futbolçularla görüşüblər. Görüşdə azarkeşlər sabah sevimli komandalarından yalnız qələbə gözlədiklərini bildiriblər. Bir saatadək davam edən görüşün sonunda xatirə şəkilləri çəkilib.

Xəbər xətti