I Divizionda qalmaqal: Anar Salmanovun üzərinə hücum çəkildi

16:21 - 17 Noyabr 2013

Hakimlə MOİK rəsmisi arasında mübahisə
 
Azərbaycan I divizionunun X turu çərçivəsində Biləcəridə keçirilən MOİK - "Araz - Naxçıvan" matçından sonra qalmaqal yaranıb.
 
Sportal.az xəbər verir ki, oyuna əlavə olunmuş dəqiqələrdə hərbiçilərin qapısına penalti təyin olunub. Naxçıvan klubu son saniyələrdə vurduğu qolla qələbə qazanması MOİK rəsmilərini yamanca əsəbləşdirib.
Qarşılaşmadan sonra oyunu idarə edən Anar Salmanovun son dəqiqələrdə verdiyi qərarlar isə MOİK tərəfindən kəskin etirazlara səbəb olub. Adını dəqiqləşdirə bilmədiyimiz bir MOİK rəsmisi matçdan sonra Salımanovun üzərinə hücum çəkib. Maraqlıdır ki, FIFA referisi də buna qarşılıq verərək həmin şəxsin üzərinə gedib. Aranı yan xətt hakimləri və futbolçular sakitləşdirib. 
 
idmanxeber.com

Xəbər xətti