Kameron DÇ-2014-ə vəsiqə qazandı
Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Afrika zonasında daha bir oyun keçirilib.
Kamerun millisi öz meydanında Tunisi qəbul edib və 4:1 hesabı ilə qalib gəlib. Komandalar arasında ilk oyunda qolsuz bərabərlik qeydə alındığından Kamerun millisi mundiala vəsiqəni təmin edib.
Qeyd edək ki, Afrika zonasında qalan 2 cütün taleyinə isə noyabrın 19-da aydınlıq gələcək. Xatırladaq ki, Kamerun millisində "Fənərbaxça"nın futbolçusu Pier Vebo, "Qalatasaray"ın heyətində isə Şecu forma geyinirdi.
18:00. Kamerun - Tunis 4:1 (İlk oyun - 0:0)
Qollar: Vebo, 4, Moukanco, 30 , Makoun, 66, 86 - Akaiçi,50
saytlarin hazirlanmasi