"Bakı"nın prezidenti fransızlara danışdı

21:13 - 18 Noyabr 2013

Verilişdə "Lans"ın alınmasına da toxunulacaq

 
"Bakı”nın prezidenti Hafiz Məmmədov “Lans” klubunun səhmlərini almasından sonra Fransa mediasının ona olan diqqəti artmağa başlayıb. 
 
Sportal.az xəbər verir ki, bu günlərdə Fransanın və Avropanın ən nüfuzlu telekanallarından olan “Canal + Sport”un əməkdaşları Azərbaycana gələrək Məmmədovla görüşüb, ondan geniş müsahibə alıblar. “Bakı” və “Lans”ın sahibi haqda verilişdə Məmmədovun Fransa klubunu almasına toxunulacaq. Veriliş “Canal + Sport”da bu həftənin çərşənbə günü yayımlanacaq. 

 

 

 

 

 

 





Xəbər xətti