"Fənərbaxça"nın və Türkiyə millsinin futbolçusu ölümdən dündü

15:25 - 20 Noyabr 2013

Salih Uçan yanında iynə gəzdirməlidir
 
Türkiyənin A millisinə yenicə dəvət olunmuş Salih Uçan ölümdən dönüb.
 
Sportal.az xəbər verir ki, Şimali İrlandiya ilə noyabrın 16-da baş tutan yoxlama matçından sonra 19 yaşlı futbolçunun bədənində qızartılar əmələ gəlib. “Fənərbağça”lı yarımmüdafiəçi paltardəyişmə otağında olarkən nəfəs almaqda çətinlik çəkib. Bu durumdan qorxuya düşən digər oyunçular həkimə müraciət edib. Həkimlər S.Uçanı müayinə edərkən futbolçunun huşunu itirməyə doğru getdiyi üzə çıxıb. Bədənində qızartılar yaranan S.Uçana iynə vurulduqdan sonra o, yenidən rahat nəfəs almağa başlayıb.
 
Allergik astma xəstəliyi səbəbindən bu vəziyyətə düşən oyunçunun səhhətinə diqqət yetirməsi üçün xəbərdarlıq edilib. Həkimlər onun daim yanında iynə gəzdirməli olduğunu bildirib.
 
Qeyd edək ki, futbolçunun bədənindəki qızartıların meydanın yaşıl ot örtüyündəki gübrə səbəbindən yarandığı iddia edilir.

Xəbər xətti