Portuqaliyalı futbolçu İspaniya yolçusu
“Beşiktaş”ın və Portuqaliya yığmasının hücumçusu Uqo Almeyda karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı forvardla “Atletiko” yaxından maraqlanır. Qeyd edək ki, Madrid klubu Almeyda ilə ilk dəfə 2012-ci ilin yanvar ayında danışığa başlamışdılar. Ancaq həmin vaxt ispanların istəyi həyata keçməmişdi. Bu dəfə isə transferin baş tutmaq ehtimalı yüksək dəyərləndirilir. Qeyd edək ki, Almeyda Türkiyə Superliqasının cari mövsümündə 10 oyunda 5 qola imza atıb.
saytlarin hazirlanmasi