"Bakı"ya yenə külli miqdarda "premya"
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində "Xəzər Lənkəran"ı qəbul edəcək "Bakı"nın prezidenti Hafiz Məmmədov qələbə üçün futbolçularına yaxşı pul mükafatı qoyub.
Sportal.az rekord.az-a istinadla xəbər verir ki, bakılılar lənkəranlıları məğlub edəcəyi halda hər futbolçu 8000 manat mükafat alacaq.
Qeyd edək ki, 2010-cu il ölkə kubokunun məlum finalından bu yana bu komandalar prinsipial rəqiblərə çeviriliblər.
saytlarin hazirlanmasi