DÇ-2014-də hakimlərə xüsusi "silah" veriləcək

00:26 - 22 Noyabr 2013

Dünya futbolunda daha biryenilik
 
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında referilər xüsusi spreylərdən istifadə edəcəklər.
 
Sportal.az xəbər verir ki, bu barədə FİFA Hakimlər Komitəsinin sədri Massimo Buzakka məlumat verib.
 
Baş hakimlər cərimə zərbələrinin yerinə yetirilmə nöqtələrini və canlı səddin dayanmalı olduğu yerləri göstərmək üçün spreydən istifadə edəcəklər. Buzakka bildirib ki, bu, əlavə mübahisələrin qarşısını alacaq: 
 
“Bunun işin xeyrinə olacağını düşünürük. Araşdırma apardıq və məlum oldu ki, futbolçuların əksəriyyəti canlı səddin təşkili zamanı qaydalara riayət etmirlər. Təəssüf ki, bir çox hallarda bu kimi hallar referinin diqqətindən yayınır və futbolçular layiq olduqları sarı vərəqə ilə cəzalandırılmırlar. Spreyi klublararası dünya çempionatında sınaqdan keçirəcəyik. Bundan sonra bu metoddan FİFA bayrağı altında keçiriləcək digər turnirlərdə, eləcə də, DÇ-2014-də istifadə olunacaq”.

Xəbər xətti